PAYLAŞ
Turist

Gürcüstanın Milli Turizm Administrasiyası ölkənin turizm imkanlarını təşviq etmək məqsədilə xüsusi kampaniyanı iyulun sonuna qədər davam etdirəcək.

Dövlət qurumu daxili və xarici turizmin inkişafı üçün sosial şəbəkələrdə “#SpendYourSummerInGeorgia” və “#EmotionsAreGeorgia” kampaniyaları keçirir.

Təşviqat kampaniyası üçün hədəf ölkələr Azərbaycan, Ukrayna, Belarus, Qazaxıstan, Litva, Latviya, Polşa, Çexiya, Almaniya, Fransa və digər dövlətlər seçilib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycandan Gürcüstana 497 937 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 204 nəfər, yaxud 2,5% çoxdur.

2019-cu ilin ilk 5 ayı ərzində Gürcüstana ən çox səfər edən əcnəbilər arasında Azərbaycan vətəndaşları ikinci yeri tutub.

Hesabat dövründə birinci yerdə 539 432 nəfərlə Rusiya qərarlaşıb. İyulun 8-dən etibarən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşuna qoyulan qadağadan sonra rusiyalı turistlərin sayında kəskin azalma müşahidə olunacaq. Gürcüstan hökuməti turizm sahəsinə dəyəcək zərəri aradan qaldırmaq üçün tədbirlər planı hazırlayır.