Rusiyaya uçuşlar qrafikə uyğun olaraq normal qaydada davam etdirilir.
Bu barədə “Gürcüstan hava yolları” aviaşirkətinin yaydığı məlumatda bildirilib.
Milli aviadaşıyıcı Gürcüstana səfər etmək istəyən sərnişinlərə müraciət edib:
“Sizi turizm mövsümündə Gürcüstana səfər etməyə dəvət edirik. “Gürcüstan hava yolları” sizin təhlükəsiz və rahat birbaşa uçuşlarınızı təmin edəcək”.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti V.Putin yerli aviaşirkətlərə iyulun 8-dən etibarən Gürcüstana uçuşlar həyata keçirməyi qadağan edən qərar qəbul edib.
“Gürcüstan hava yolları” şirkəti Tbilisidən Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe vodı, Voronej və Ufa şəhərlərinə birbaşa uçuşlar həyata keçirir. Bu şirkətlə yanaşı Gürcüstanın “My way airlines” şirkəti də Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinə uçuşlar yerinə yetirir. Bu arada Gürcüstanın aviaşirkətlərinə Rusiyaya uçuşların dayandırlması ilə bağlı xəbərdarlığın iyunun 24-də təqdim olunacağı gözlənilir.