PAYLAŞ

Statistika

2017-ci ildə 4,06 milyon sərnişin Heydər Əliyev Beynəlxalq Aeroportundan səyahət edib.

TravelNews.Az xəbər verir ki, bu ötən ilki göstərici ilə müqayisədə 23 faiz çoxdur.

Nəzərə çatdıraq ki, 2017-ci ildə ümumilikdə 55 aviaşirkət müntəzəm və çarter reysləri yerinə yetiib. Heydər Əliyev Beynəlxalq Aeroportu 8 yeni aviadaşıyıcını – “Air Arabia”, “Wataniya Airways”, “ISR Air”, “Jazeera Airways”, “IrAero”, “Mahan Air”, “İkar” aviaşirkətini (“Pegasfly” brendi) və Azərbaycanın ilk loukosteri “Buta Airways”i qarşılayıb.