PAYLAŞ
otel

Sentyabrın 4-də pandemiya dövründə hotellərin fəaliyyətinin təşkili qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsi məqsədilə növbəti monitorinq keçiriləcək.

Dövlət Turizm Agerntliyinin mətbuat xidmətindən Gezmeli.az bildirilib ki, monitorinq prosesinin ictimaiyyətə çatdırılması üçün Dövlət Turizm Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda yerləşən 2 hotelə (“Park Inn” və “Sapphire”) birgə media tur təşkil ediləcək.

Tədbirdə hər iki qurumun rəhbər şəxsləri iştirak edəcək. Media nümayəndələrinin suallarını cavablandıracaqlar.