Ev Gəzməli yerlər Gəzəyənlər İldə 200 mindən çox Türkiyə vətəndaşı Azərbaycana səfər edir

İldə 200 mindən çox Türkiyə vətəndaşı Azərbaycana səfər edir

Azərbaycan Türkiyə vətəndaşlarının ən çox səfər etdiyi 10 ölkə arasındadır. Türkiyə Səyahət Agentlikləri Birliyinin (TURSAB) məlumatlarına görə, ötən il bu ölkədən Azərbaycana 212 min nəfər gəlib.

Rekord Turizm Səyahət Agentliyi idarə heyətinin sədri Mustafa Kiper qeyd edib ki, ildə 200 mindən çox türk vətəndaşı Azərbaycana yollanır. 2016-cı ildə ümumilikdə 8 milyon 62 min türk xarici ölkəyə səfər edib. Səfərlərin bir qismi iş, təhsil və qohum ziyarəti olsa da, tətil məqsədli səfərlər də mühüm yer tutur. Ziyarətçilər paytaxt Bakıdan başqa, Sumqayıt, Mingəçevir, Gəncə kimi böyük şəhərlərə də üz tuturlar.

Gürcüstan, Yunanıstan, Bolqarıstan, Almaniya, ABŞ, İran, İtaliya, Fransa, MDB ölkələri ən çox səfər edilən ölkələr sırasındadır.