Ev Turizm Xəbərləri İnanc yerləri turizm məkanına çevrilə bilərmi?

İnanc yerləri turizm məkanına çevrilə bilərmi?

turizm

Sofi Həmid piri 2001-ci ildən ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi qorunur. Ziyarətgah Səngəçal və Umbakı qəsəbələri arasında kiçik dağlarla əhatələnmiş sahədə Qobustan ərazisində yerləşir. Azərbaycana Ərəbistandan gəldiyi fərz edilən Sofi Həmid sufizmin təbliğatçılarından olub, burada da dəfn edilib.

Sofi Həmid pirini ətrafdakı qəbiristanlıqda olan əlvan boyalı məzar daşları məşhurlaşdırıb. Dünyada, bəlkə də, oxşarı olmayan bu məzar daşları öz forma, naxış və rənglərinə görə “sirr dağarcığı” timsalındadır. Sofi Həmid türbəsinə ən çox ana olmaq arzusuyla yaşayan qadınlar gəlir. Pirlərə arzuları həyata keçirən, duaların qəbul olunduğu məkan kimi yanaşmaq nə dərəcədə doğrudur? Dünya praktikasında belə inanc yerləri bəzən turizm mərkəzinə çevrilir.