Ev Turizm Xəbərləri İspaniya turizmində yaranmış kəsir təhsil və səhiyyəyə ayrılmış büdcə vəsaitindən çoxdur

İspaniya turizmində yaranmış kəsir təhsil və səhiyyəyə ayrılmış büdcə vəsaitindən çoxdur

Turizm

Cari ilin iyul ayında İspaniya yeddi milyondan çox turist itirib.

Bu, təkcə həmin ay ərzində ödənməmiş 9,5 milyon avronu təşkil edir. Bu rəqəm Təhsil və Səhiyyə nazirliklərinin büdcə həcmindən çoxdur. Təhsil sahəsinə hökumət 2,720 milyon avro, səhiyyə sahəsinə isə 4,292 milyon avro ayırıb.

Mövcud vəziyyət pandemiya nəticəsində turizmin iflasının milli iqtisadiyyatda boşluq yaratdığını göstərir.

İyulda İspaniyaya 2,5 milyon, ötən ilin müvafiq dövründə 10 milyon turist gəlib. İspaniyada turizmin 80 faizi əsasən əcnəbilərdən və yay mövsümündən asılıdır. İqtisadiyyatı 80 faiz turizmdən asılı olan Balear və Kanar adaları üçün mövsüm son dərəcə uğursuz olub.

Turistlərin bəzi rayonlara oktyabr ayına qədər gəldiyinə baxmayaraq, turizm sahəsi artıq tamamilə uğursuz hesab edilir, mövsüm isə bağlanıb.

Faktiki olaraq, ekspertlər gələn ilin mart ayına qədər turizm sektorunun bərpasını gözləmirlər. İspaniyanın “Exceltur” Peşəkar Turizm Federasiyası il ərzində zərəri 99 milyard avro civarında qiymətləndirir. Təkcə yay mövsümündə itkilərin 36 milyard dollar olacağı güman edilir.