PAYLAŞ

          Turizm obyekti

Bu xəbərimiz hostellər ilə bağlıdır. Hostel – qiyməti otellərdən xeyli ucuz olan və turistlərin qısamüddətli gecələmələri üçün nəzərdə tutulan turizm obyektidir. Otel qiymətlərinin baha olduğu ölkəmizdə əslində hostel biznesi olduqca cəlbedici görünür. Üstəlik, bunun üçün böyük məbləğli investisiyalara da ehtiyac yoxdur. Ancaq hostellər ilə bağlı müəyyən standartlar da var.

Şəhərin mərkəzində obyekti, çoxotaqlı mənzili və ya həyət evi olanlar üçün pul qazanmaq şansı yaranıb.

 

Əvvəllər hostel açmaq üçün lisenziya tələb olunurdu. Turizm təsərrüfatında ciddi dəyişikliklərin edilməsiylə indi heç bir icazəyə ehtiyac yoxdur.

Turizm Assosiasiyası

Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimovun sözlərinə görə, lisenziyanın ləğv edilməsi hostel standartının yaradılması zərurətini ortaya çıxarıb. Hazırda belə bir standart olmadığından şərtlər dünya ölkələrinin praktikasına uyğun götürülür. Bütün dünyada olduğu kimi, Azərbaycanda da hostellərdə gecələmə qiyməti otellərdən xeyli aşağıdır.

Qeyd edək ki, Azərbaycanda hostel açmaq istəyənlər vergini adi qaydada ödəyirlər. Sadələşdirilmiş vergi ödəyicisi Bakıda ümumi dövriyyənin 4%-ini, bölgələrdə isə 2 faizini ödəyir.