Ev Turizm Xəbərləri İran və Rusiya arasında viza rejimi ləğv olunur

İran və Rusiya arasında viza rejimi ləğv olunur

Viza

“İran və Rusiya arasında viza rejiminin ləğvinin icrasına istiqamətində aparılan işlər gələn ay tamamlanacaq”.

Gezmeli.az APA-ya istinadən xəbər verir ki, bunu İranın Turizm Naziri Əli Əsğər Munisan deyib.

“İranın Çin və Omanla viza rejiminin ləğvi ilə bağlı çox yaxşı təcrübəsi var. Sentyabrın sonunda Rusiyaya səfər edəcəyəm. Bu ölkə ilə də vizanın ləğvinə dair prosesi tamamlayacaq və icrasına başlayacağıq”, – deyə nazir bildirib.

O qeyd edib ki, artıq bəzi ölkələr əcnəbi turistlərin qəbuluna start verib: “İran da Səhiyyə Nazirliyinin rəyi və sağlamlıq protokollarına uyğunluq əsasında xarici turistlərin ölkəyə girişinə icazə verməyi planlaşdırır”.