Azərbaycanlı turistlər
İrana səfər edən xarici turistlərin ümumi sayı 360,2 min nəfər təşkil edib.
Bu barədə Report İran mətbuatına istinadən məlumat yayıb.
Bildirilir ki, qeyd edilən dövrdə İrana turist axını, əsasən, İraq (246,7 min nəfər), Azərbaycan (227,5 min), Əfqanıstan (156,2 min) və Türkiyədən (133,4 min) müşahidə edilib.
Eyni dövrdə 1,98 mln. iranlı isə xarici ölkələrə səfər edib.
İran
Qeyd edək ki, İran cari ildə (2018-ci il martın 21-dək) 6,5 mln. turistin ölkəyə səfər edəcəyini proqnozlaşdırır. Bununla yanaşı, İran daxili turizmin də inkişafına böyük diqqət yetirir və ilin sonunadək bu istiqamət üzrə analoji rəqəmi 120 mln.-a çatdırmağı hədəfləyir. Ölkə 2025-ci ilə kimi ildə 20 mln. turist cəlb etməyi qarşısına məqsəd qoyub.
Ötən il İrana 5,5 mln. səyahətçi səfər edib və bu, ölkə iqtisadiyyatına 8 mlrd. dollar qazandırıb.