Ev Turizm Xəbərləri İranın xəbər saytında Qız qalası haqqında geniş yazı dərc olunub

İranın xəbər saytında Qız qalası haqqında geniş yazı dərc olunub

Qız qalası

İranın “Tehran News” saytında Bakıdakı Qız qalası haqqında geniş yazı dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda Bakı qədim tarixi abidələr şəhəri kimi təqdim olunub. Qeyd edilib ki, qədim tarixi olan Qız qalası Bakı şəhərinin rəmzi sayılır. Şəhərə səfər edən turistlər, ilk növbədə, bu unikal abidəni görmək istəyirlər.

Nəzərə çatdırılıb ki, 1964-cü ildən muzey kimi fəaliyyət göstərən bu tarixi abidə 2000-ci ildə UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb. Qız qalası təkcə Bakının deyil, ümumilikdə Azərbaycanın rəmzi sayılır. Qala Bakının tarixi hissəsi olan İçərişəhərdə yerləşir. İçərişəhərin özü də Azərbaycan xalqının tarixindən xəbər verən bir məskəndir.

Materialda bildirilir ki, Bakı hər il çox saylı turistin ziyarət etdiyi şəhərlərdən biridir. Azərbaycanın paytaxtı tarixi abidələrlə zəngindir. Dünyada sənaye üsulu ilə ilk neft hasilatı burada baş verib və Bakı şəhəri bundan sonra xüsusilə məşhurlaşıb.