Ev Gəzməli yerlər Gəzəyənlər İsgəndərin 3000 min döyüşçü itirdiyi kənd – Milyonlarla turist axın edir –...

İsgəndərin 3000 min döyüşçü itirdiyi kənd – Milyonlarla turist axın edir – FOTOLAR

Anastasiopolis

Qardaş Türkiyə turizmin beşiyi sayılır. Dünyada ən çox turist qəbul edən ölkələrdən biri olan Türkiyə, həm də turizmdən ən çox gəlir gətirən ölkələrdən biridir. Tarixi abidələrlə zəngin ölkədə Türkiyədə, turistlər bütün gözəlliyi bir arada görürlər. Dəniz, gözəl təbiət və yaşı dünyanın yaranışı ilə birgə çəkilən tarixi abidələr. Son illər Türkiyədə turistlərin ən çox diqqətini cəlb edən və ziyarət edilən yerlərdən biri olan dünyanın ən qədim kəndi kimi təqdim edilən Mardindəki Daranın kəndidir. Əslində onun tikilməsi bir əfsanə hesab edilir. Mardindən 30 kilometrlik bir ərazidə yerləşən bu ərazi öz gözəlliyi ilə turistləri bura cəlb edir. Cəmi bir il ərzində bu ərazini 1 milyona yaxın turist ziyarət edib. Bu kəndin əsl adı Anastasiopolis adlanır. Eradan əvvəl 330-cu ildə İran padşahı III Dara tərəfindən əsası qoyulan şəhər strateji cəhətdən olduqca əhəmiyyətə malik bir ərazi olub. Rəvayətə görə indi kənd kimi təqdim edilən bu ərazidə III Dara ilə İsgəndər arasında məşhur döyüş olur. Bu döyüşdə İsgəndər 3000 min döyüşçü itirir. Həlak olan əsgərlər üç mərtəbəli qəbirlərdə dəfn edilir. Ən maraqlısı isə qəbirlərdə əsgərlərin skletinin görünməsi və yanlarına su qablarının, şamların qoyulmasıdır. Qədimdə insanlar ruhun cənnətə yola salınmasını belə dəyərləndirirdilər.

Anastasiopolis

Eradan əvvəl 493-cü Bizans İmperatoru I Anastasius Bizans-Sasani sərhədini gücləndirmək məqsədilə buranı yenidən bərpa edir. Şəhərin adı da dəyişdirilir. Qədim yaşayış yeri olan və cəmi 190 daş evdən ibarət Anastasiusun şəhəri mənasına gələn Anastasiopolis adlandırılır. I Anastasius hündürlüyü 20 metrə çatan hasarlar və müşahidə etmə qüllələri inşa etdirir. 4 kilometrilik qala divarlarının olmasına baxmayaraq ərəb hucumlarında bu ərazi strateji əhəmiyyətini itirir.

Gözəlliyi ilə göz oxşayan kənd

Anastasiopolis

Ən maraqlısı isə bu ərazidə heç zaman tükənməyən çoxlu su mənbələri var. Ərazidə çoxlu sayda yeraltı su anbarları var ki, bunların III Dara tərəfindən inşa edildiyi bildirilir. Mardin əhalisinin dünyanın ən qədim kəndi kimi təqdim etdikləri bu ərazidə ilk dəfə 1986-ci ildə qazıntı işlərinə başlanıb. Qazıntı zamanı kəndin çox az bir qismi aşkar edilib. Gözəlliyi ilə göz oxşayan bu kəndin bir özəlliyi də tarixi kənddə evlərin sal qayalar içərisində inşa edilməsidir. Havanın çox isti keçməsinə baxmayaraq bu evlərdə istilik 20 dərəcəni keçmir. Yeraltı keçidlərdə isə tempratur 7-12 dərəcə olur. Dünyanın ən qədim kəndi hesab edilən ərazidə bu gün Türkiyə hökumətinin dəstəyi ilə arxealoji qazıntılar aparılır. Qazıntıları dünyanın ən məşhur arxeoloqları həyata keçirir.