PAYLAŞ
Turizm sənayesi

Azərbaycan Konqreslər Bürosu tərəfindən ölkədə işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə sənayenin aktiv iştirakçıları üçün ilk maarifləndirici təlim təşkil olunub.

Beynəlxalq sərgilər barədə biliklərin və sərgilərdə iştirakın effektivliyini artırmaq məqsədilə təşkil olunan təlimdə sərgilərə hazırlıq, məhsulların təqdim edilməsində diqqət yetirilməli məqamlar, təhsil üzrə tədbirlərdə təqdimatlar və digər mövzular üzrə məlumat verilib. Həmçinin mayın 21-23-də Almaniyada keçiriləcək “IMEX Frankfurt” beynəlxalq sərgisi nümunə göstərilib. Bu növ tədbirlərdə iştirak şərtləri haqqında məqamlara toxunulub. Təlim Qotenburq Stokholm Konqreslər Bürosunun rəhbəri olmuş mütəxəssis Henrik von Arnold tərəfindən keçirilib.

Xatırladaq ki, Azərbaycan Konqreslər Bürosu tərəfindən yaradılacaq. İşgüzar Tədbirlər Sənayesi Alyansının məqsədi ölkənin işgüzar turizm potensialının tanıdılması, işgüzar məqsədlərlə Azərbaycana səfər edənlərin sayını artırmaq üçün daxili resursların sistemləşdirilməsidir.