PAYLAŞ

İsmayıllıda”Sənətkarlıq, folklor və mətbəx yarmarkası “keçirilib (davam edir)

Mədəniyyət və Turizm Nazirliyinin İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə dekabrın 30-dan yanvarın 4-dək “Sənətkarlıq, folklor və mətbəx yarmarkası” keçiriləcək.

İsmayıllı

İsmayıllı şəhər Mədəniyyət mərkəzinin qarşısındakı “Turist məkanı”nda baş tutacaq yarmarkada regiona məxsus əl işləri və milli kulinariya nümunələrinin satışı təşkil olunacaq. Tədbir çərçivəsində folklor kollektivlərinin çıxışları olacaq, Mədəniyyət mərkəzində Yeni il karnavalı keçirilib.

Rayonun ərazisi uzun müddət eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvələrində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur. Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Cavanşir də bu nəsildən idi. Rayonun ərazisində Talıstan kəndində 4 km şimalda, Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur. Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1931-cü ildə təşkil olunmuşdur. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş, qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə Şəki qəzasının tərkibində olub. İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır.

 

İsmayıllı rayonu 1931-ci il noyabr ayının 24-də yaradılmışdır.1939-cu ildən 1977-ci ilədək İsmayıllı rayonu Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi, 07 oktyabr 1977-ci ildən 17 oktyabr 1991-ci ilədək İsmayıllı rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsi kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il Fərmanına əsasən İsmayıllı rayon Xalq Deputatları Soveti ləğv edilmiş, onun əvəzində İsmayıllı rayon İcra Hakimiyyəti yaradılmış və 1991-ci ilin noyabr ayından bu adla fəaliyyət göstərir.

 

29-30 dekabr tarixində Şamaxı, Qəbələ, Qobustan və Ağsuda da bayram şənlikləri gerçəkləşib.