İspaniya

İspaniya iyun ayının sonundan etibarən turistlərin qəbuluna başlaya bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniyanın Nəqliyyat naziri Xose Luis Abalos açıqlama verib. O bildirib ki, turistlərin qəbulu ölkədə hərəkət məhdudiyyətinin götürülməsindən sonra başlayacaq.

“İyun ayının sonundan etibarən turistik fəaliyyətlərə başlayacağıq. Ümid edirəm ki, karantin tədbirlərinin ləğvi prosesi yaxşı inkişaf etsə, İspaniyanı sanitar baxımdan cəlbedici ölkə edə bilərik”,- deyə nazir qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, turizm sektorunun inkişaf etdiyi və epidemioloji vəziyyətin qənaətbəxş olduğu adalarda turizmi stimullaşdırmaq lazımdır. “Turizmin təhlükəsiz həyata keçməsi və sanitar baxımdan effektiv idarə olunması ilə bağlı çalışan bir işçi qrupumuz var”.

Daha əvvəl İspaniyanın Xarici İşlər naziri Arança Qonzalez Laya turizmin ölkə iqtisadiyyatı üçün daşıdığı əhəmiyyətin fərqində olduqlarını və koronavirus epidemiyasını nəzarət altına alınacaqını bildirib. Ən qısa müddətdə turist qəbuluna başlamağa çalışdıqlarını bildirmişdi.

Qeyd edək ki, İspaniyada ümumilikdə 277 719 insan koronavirusa yoluxub, 27 650 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin