Ev Turizm Xəbərləri İspaniyanın iki turizm istiqaməti 2020-ci ilin ən populyar siyahısında yer alıb

İspaniyanın iki turizm istiqaməti 2020-ci ilin ən populyar siyahısında yer alıb

turizm

“Tripadvisor” portalı “Travelers ‘Choice Awards 2020” reytinqini tərtib edib. Buraya 2020-ci ilin ən populyar turizm istiqamətləri daxil edilib.

Gezmeli.az AZƏRTAC istinadən xəbər verir ki, İspaniya Avropa siyahısında iki istiqamətlə təqdim olunub. Reytinqin 6-cı pilləsində Mayorka qərarlaşıb. Tenerife adası isə 13-cü yeri tutub.

35 ən yaxşı turizm istiqamətinin siyahısında İstanbul 8-ci, Manavqat – 27-ci, Antalya isə 29-cu pillədədir.

Reytinqə London başçılıq edir, ikinci və üçüncü yerləri isə Paris və Krit bölüşürlər.