PAYLAŞ
İstanbul

İstanbulda təqribən 450 könüllü şəhərin turistlərin daha çox maraq göstərdiyi rayonlarında başqa ölkələrdən gələn qonaqlara yardımçı olmağı təklif ediblər. Bu barədə “Daily Sabah” məlumat yayıb.

Könüllülər turistlərə nümayiş olunan obyektlər barədə zəruri məlumat təqdim edəcək. Yerli sakinlərlə ünsiyyət qurmağa yardımçı olacaqlar.

Bu il 1500 nəfər yuxarı sinif şagirdləri və yerli ali məktəblərin tələbələri Fatih rayonu (İstanbulun tarixi mərkəzi) bələdiyyəsinə turizm proqramında iştirak üçün ərizə veriblər. Yazılı və şifahi imtahanlardan sonra 450 könüllü İstanbulun tarixi mərkəzinin daha çox ziyarət olunan altı zonasında sentyabrın əvvəllərinədək turistlərə kömək edəcəklər.

Könüllülər şəhərin qonaqları ilə ingilis, alman, ərəb, ispan, fransız, rus, koreya, yapon italyan dillərində ünsiyyət quracaqlar.