PAYLAŞ

Uppsala İsveçin ən böyük dördüncü şəhəridir. 

Skutskär qəsəbəsi Uppsalanın məşhur turizm mərkəzlərindən hesab olunur. Qəsəbənin 6500-ə yaxın sakini var. Skutskärda təxminən 500-600-ə yaxın miqrantın olduğu bildirilir. Onların əksəriyyəti Suriyadan gələnlərdir.

Uppsala

 

 

Qəsəbə demək olar ki, meşəlik ərazidə yerləşir. Orada yay fəslində cəmi bir ay isti olur. Bəzən həftələrlə yağış yağır.

İsveçdə azərbaycanlıların sayı çox olsa da, Skutskär qəsəbəsində 10-a yaxın ailə yaşayır. İsveçlilər daha çox qaydalara əməl etməyi və rejimlə yaşamağı sevirlər. Səhər saat 08:15-də işə başlayır, 16:15-də işdən çıxırlar.

Uppsala

İsveçdə yaşayan azərbaycanlıların çoxu isə restoranlarda işləyir. Onlar İsveç dilini öyrəndikdən sonra digər işlərlə məşğul ola bilərlər. İsveçdə nağd puldan nadir hallarda istifadə olunur. Yerli sakinlər ödənişləri kart vasitəsilə həyata keçirirlər.