Ev Turizm Xəbərləri İsveçrənin səyahət portalında Şəki haqqında məqalə verilib

İsveçrənin səyahət portalında Şəki haqqında məqalə verilib

Şəki haqqında məqalə

İsveçrənin www.travel-blog.ch səyahət portalında “Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib” adlı məqalə verilib.

Məqalədə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi ilə Azərbaycanın daha bir mədəniyyət incisinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi qeyd olunub. Bildirilib ki, bununla da Qobustan və İçərişəhərdən sonra Azərbaycanın sayca üçüncü mədəni irs obyekti nüfuzlu siyahiya daxil edilib. Oxucuların diqqətinə çatdırılır ki, öz əsrarəngiz memarlıq üslubu ilə Şəki Xan Sarayı Azərbaycanın tarixi və memarlıq abidələri içərisində xüsusi yerə malikdir. Bu abidə Azərbaycan rəngkarlığı və xalq sənətinin nadir incilərindən biridir.

Məqalədə UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası çərçivəsində qəbul edilən qərarlardan söhbət açılıb. Bu qərarların dünya mədəni irsi üçün əhəmiyyətindən bəhs edilib.

Daha sonra Şəki şəhərinin tarixi, Xan Sarayı və şəhərin qədim memarlıq abidələri haqqında oxuculara ətraflı məlumat verilib. Şəki xanlarının memarlıq zövqü və burada tətbiq olunmuş üslublar və şəbəkə barədə bəhs edilib.