Ev Turizm Xəbərləri İtaliya Azərbaycanın tarixi abidələrinin qorunması və tanıdılmasına dəstək verəcək

İtaliya Azərbaycanın tarixi abidələrinin qorunması və tanıdılmasına dəstək verəcək

Azərbaycanın tarixi

“2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyət ili” elan edilir. İlk növbədə Azərbaycan mədəniyyətinin İtaliyada təbliğini nəzərdə tutur”.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini və Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm naziri Dario Françeski arasında imzalanan memorandum hazırlanıb. Bu memorandum Azərbaycanda mədəniyyət sahəsinin bir çox istiqamətləri üzrə öz töhfəsini verəcək:

“2020-ci ilin İtaliyada “Azərbaycan Mədəniyyət ili” elan edilməsi ilə bağlı müvafiq tədbir və fəaliyyətlər həyata keçiriləcək. Azərbaycan mədəniyyətinin İtaliyada təbliği böyük alıcılığı ilə seçiləcək”.

V.Eyvazzadə bildirib ki, İtaliyanın Mədəni İrs nazirliyi ilə imzalanan memorandum hər iki ölkə arasında qarşıdakı illərdə mədəniyyətin bir sıra istiqamətlərində əməkdaşlığı nəzərdə tutur:

“Burada ən vacib istiqamətlərdən biri mədəni irsin təşviq olunması, qorunması, saxlanılası, rəqəmsallaşdırılması və bərpasıdır. Digər istiqamət UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş tarix və mədəniyyət abidələrinin mövcud vəziyyətinin qorunması sahəsində fəaliyyətin təmin olunmasıdır. Eyni zamanda İtaliya ekspertlərinin gələcək nominasiyaların verilməsində dəstəyinin əldə olunmasıdır. Ölkədə arxeoloji abidələrin birgə araşdırılması, qorunması da vacib istiqamətlərdəndir”.

Şöbə müdiri qeyd edib ki, bu memorandumun imzalanması Azərbaycanda kino sənətinin inkişafına da böyük töhfə verəcək:

“Birgə film festivallarının keçirilməsi, Azərbaycanda İtaliya kinosu, İtaliyada Azərbaycan kino günlərinin keçirilməsi, kino istehsalı və onun təbliğində birgə faəliyyət, kino irsinin qorunması, bərpası və istifadəsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi də bir istiqamətdir. Qarşılıqlı əlaqələr, həmçinin teatr sahəsinə də müsbət təsir göstəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində imzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır.

Sənəd çoxölçülü, çoxşaxəli, hərtətəfli tərəfdaşlığın, müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın daha da gücləndirilməsi üçün konkret istiqamətləri ehtiva edir.