PAYLAŞ
Kənan Quluzadə

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm şirkətlərinin və otellərin nümayəndələrindən ibarət Azərbaycan nümayəndə heyəti Dubayda keçirilən “ATM 2019” (Arabian Travel Market 2019) beynəlxalq turizm sərgisində çox fəal iştirak edir.

Kənan Quluzadə

Kənan Quluzadə müsahibəsində bildirib ki, ölkəmizin yeni turizm konsepsiyasına uyğun olaraq Yaxın Şərq regionunda keçirilən ən iri sərgisində müxtəlif turizm şirkətləri və otellərlə yanaşı, Azərbaycan Hava Yolları (AZAL) və Heydər Əliyev Beynəlxalq Aeroportu da sərginin 28 iştirakçısı sırasındadır.

Mayın 29-da Bakıda keçiriləcək UEFA-nın Avropa Liqasının final oyununun təbliğatı məqsədilə sərgidə AFFA-nın nümayəndələri də iştirak edir. Onun sözlərinə görə, 190 kvadratmetr ərazidə təşkil oluna sərgidə, Azərbaycan ən böyük stendlə təmsil olunur. Şirkətlərin sayının çoxluğu Azərbaycanın Yaxın Şərq bölgəsinə önəmli yer ayırdığını göstərir.

Son illər ərəb ölkələrindən Azərbaycana gələn turistlərin sayının dəfələrlə artdığını bildirən Kənan Quluzadə deyib: “Bununla yanaşı bildiyiniz kimi, Yaxın Şərq turizm bazarı bir qədər qeyri sabit olur, çünki siyasi və iqtisadi amillərlə bağlıdır və biz daima bunu nəzərə alırıq. Azərbaycan Yaxın Şərqdə ötən ilin dekabrından iki rəsmi turizm nümayəndəliyi açıb – Dubayda və Ər-Riyadda. Bu regionda Azərbaycanın iştirak etdiyi ilk tədbir deyil. Bundan öncə, Dövlət Turizm Agentliyi Ər-Riyadda keçirilən sərgidə geniş tərkibdə iştirak edib. Ümumiyyətlə ölkəmizin turizm potensialının təşviqi istiqamətində müxtəlif alətlərdən istifadə edilir. Məsələn, Azərbaycana buradan media turlar təşkil olunur, blogerlər dəvət olunur və digər addımlar atılır. Onu dəyə bilərəm ki, biz çox fəal işləyirik, çünki əsas bazarlarımızdan, yəni Azərbaycana daha çox turistlərin gəlməsini təmin edəcək regionlarından biri məhz Yaxın Şərq bölgəsidir”.

20 sərgidə ölkəmizin iştirakı gözlənilir

Dövlət Turizm Agentliyinin nümayəndəsi, həmçinin bu sərginın Azərbaycan turizm imkanlarının təbliği kampaniyasının bir vasitə olduğunu diqqətə çatdırıb. O xatırladıb ki, keçən ilin noyabrında Azərbaycan yeni turizm brendini London sərgisində təqdim edib və həmin konsepsiyaya uyğun olaraq 2020-ci ilə qədər 20 sərgidə ölkəmizin iştirakı gözlənilir: “ATM bu bölgənin ən iri turizm sərgisidir və bütün Yaxın Şərqi əhatə edən bir sərgi olduğuna görə təmsilçiliyimiz də genişdir. Bizim əsas hədəfimiz – ərəb və digər bölgələrdən turistlərinin Azərbaycana axınını artırmaq və bu artımın davamlı olması üçün şərait yaratmaqdır”.

Kənan Quluzadə, həmçinin qeyd edib ki, sərgidə iştirak edən 28 tərəfdaş şirkətlər burada danışıqlar aparır, razılıqlar əldə edir, sazişlər imzalayırlar. Sərgi çərçivəsində təqdimatlar və digər tədbirlər keçirirlər. O deyib: “Biz də öz növbəsində, dövlət qurumu olaraq, digər dövlətlərin rəsmləri ilə, həmçinin iri özəl turizm şirkətləri ilə danışıqlar aparırıq. Tək ərəb ölkələri ilə deyil, burada iştirak edən əksər ölkələrin təmsilçiləri ilə əlaqələr qururuq. Bu sərgi bütün dünyanın təmsil olduğu böyük bir bazardır. Biz bu meydançadan maksimum səmərəli istifadə edib həm yerli, həm xarici şirkətlərlə əlaqələr saxlayırıq. Çalışırıq ki, Azərbaycana bütün dünyadan daha çox turist gələrək ölkəmizlə yaxından tanış olsun.