PAYLAŞ
Kappadokiya

2019-cu ilin əvvəlindən Kapadokiyada yenə də turizm bumu yaşanır.

Türkiyənin əsas mədəniyyət, tarix və təbiət turizmi mərkəzlərindən biri sayılan Kappadokiya turistlərin axınına görə ötənilki rekordu bu ilin əvvəlindən təzələyib.

Kapadokiya UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Kapadokiya təbiətinin, o cümlədən Pəribacaları vadisinin gözəllikləri, qayalarda yonulmuş evlər, hava şarlarında uçuşlar dünyanın hər yerindən turistləri bu regiona cəlb edir. Burada qonaqlar üçün piyada ekskursiyalar, at və dəvə belində, habelə kvadrosikllərdə gəzintilər təşkil edilir.

Kappadokiya

Regional Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, bu il Kappadokiyaya turistlərin axını daha da artıb.

Yanvar ayında Kapadokiyanın turizm obyektlərində 123.244, fevralda 128.955, martda 188.487, apreldə 360.046 turist olub. Beləliklə, ilin əvvəlindən Kappadokiyaya ümumən 800.732 turist gəlib.

Kappadokiya

Yanvar-aprel aylarında regionda turistlər arasında ən populyar yerlər açıq səma altında “Gereme” Muzeyi, Dərinquyu Qaymaqlı yeraltı şəhərləri olub.

2018-ci ilin analoji dövründə Kapadokiyaya 705.149 turist gəlib.