PAYLAŞ
turizm

Kataloniya hakimiyyəti turist vergi dərəcəsini 2020-ci ildən artırmağı planlaşdırır.

Trend-in məlumatına görə, Barselonada dörd ulduzlu oteldə gecələdikdə ödəniş 1,10 avrodan 1,70 avroya, beşulduzlu otellərin qonaqları üçün isə 2,25-dən 3,5 avroya qədər artacaq.

Kataloniyanın paytaxtında 12 saatdan az qalan kruiz sərnişinləri üçün vergi dərəcəsi 2,25 avrodan 3 avroya qədər, şəhərdə daha çox vaxt keçirənlər üçün isə 0,65 avrodan 1 avroya qədər artacaq.

Bölgənin digər şəhərlərində dörd ulduzlu oteldə gecələmək, indi olduğu kimi, 0.9 avroya deyil, 1,2 avroya başa gələcək. Beş ulduzlu oteldə bir gecənin qiyməti də dəyişəcək: 2.25 avro əvəzinə vergi 3 avro olacaq.

Şəhər rəhbərliyinin bildirdiyinə görə, Barselonada qeydiyyatlı yerləşmə məntəqələrində gecələyənlərin sayı ildə 30 milyona, kruiz sərnişinlərinin sayı isə 2,2 milyona çatır. Bu şəraitdə Kataloniya paytaxtına şəhər infrastrukturunu qorumaq üçün daha çox vəsait lazımdır. Turistik vergilər bölgənin xəzinəsinə 21 milyon avro gətirəcəyi gözlənilir.