PAYLAŞ
koronavirus

Koronavirus səbəbindən turizmdə ən çox zərər çəkən sektorlar sırasındadır. Bütün dünyada yayılan epidemiya səbəbindən ölkələrarası hava və quru nəqliyyat əlaqəsi kəsilib, turistərin gediş-gelişi sıfıra enib.

Kənan Hənifəyev bildirib ki aviaşirkətlər başda olmaqla, hotellər, turizm nəqliyyat şirkətləri, restoranlar, iaşə obyektləri böyük zərər görür:

“İlkin ehtimallara görə, virusun bitmə və vaksinin əldə edilməsi 6-7 ay çəkəcək. Bu müddəti nəzərə alsaq, o zaman iyuna qədər mövcud vəziyyət müsbət yönə dəyişəcək. İyunda sərhədlər və iqtisadi proseslər bərpa olunsa, yenilənmə üçün daha 30-45 günə ehtiyac olacaq. Bundan sonra hər şey qaydasına düşsə, səyahətləri iyulun sonu, avqustun əvvəlinə planlamaq olar”.

Turizm mütəxəssisi qeyd edib ki, turizm sənayəsinin bərpası yüksək templə geri dönüş edə biləcək. Amma bərpa prosesinə qədər yüzlərlə şirkətin maliyyə sıxıntısı səbəbindən iflas edib-etməməsindən çox şey asılıdır:

“İnsanların aktiv səyahət etmək istək və arzuları, belə deyək, səyahət üçün darıxmaları turizm sahəsinin dinamik bərpasına səbəb olacaq. Həmçinin, beynalaxalq tədbirlərin, yarışların yenidən təşkili də turizm sektoruna dayanıqlıq verəcək”.