PAYLAŞ

Rusiyalı turistlər arasında ən populyar kurortlar müəyyən edilib 

TurStat analitik agentliyi  dincəlmək üçün rusiyalı turistlər arasında ən populyar kurortları müəyyən edib.

MDB ölkələrinin rusiyalı turistlər arasında populyar olan kurortlarının ilk beşliyini müəyyən edib. Bura Qazaxıstan, Belarus, Qırğızıstan, Azərbaycan və Ermənistan kurortları daxildir.

Lənkəran

 

MDB ölkələrinin ən məşhur kurortlarının ilk beşliyinə Borovoe (Kazaxıstan), İssık-Kul (Qırğızıstan), Naroç (Belarus), Lənkəran (Azərbaycan) və Sevan (Ermənistan) daxildir.

Reytinq hotellərin onlayn bron edilmə sisteminin məlumatı üzrə tərtib edilib.

Lənkəran

TurStat-ın məlumatına görə, Lənkəranda rusiyalı turistlər adətən 7 gün, İssık-Kul-da 10 gün, Naroçda 8 gün, Borovda 12 gün, Sevanda isə 3 gün müddətinə hotel nömrəsi bron edirlər.

Lənkəranda istirahət çün turist büdcəsi orta hesabla sutkada 70 dolalrdan ibarət olur. Kurorta Moskva, Sankt-Peterburq və Moskva vilayətindən gəlirlər.