Aviareys
Rusiyanın Hava Nəqliyyatı üzrə Federal Agentliyi Yekaterinburq şəhərindən Lənkərana aviareyslərin yerinə yetirilməsinə icazə verib.
![](https://gezmeli.az/wp-content/uploads/2018/02/2e8aead0-be8d-4720-93e8-ffb3889326c3.jpg)
Uçuşları “Severnıy veter” (Şimal küləyi) aviaşirkəti yerinə yetirəcək. Bildirilir ki, aviaşirkət həftədə 3 dəfə Lənkərana uçacaq.
![](https://gezmeli.az/wp-content/uploads/2018/02/1_60.jpg)
Bundan başqa, şirkət Moskva və Sankt-Peterburq şəhərindən də Lənkərana uçuşlar yerinə yetirmək niyyətindədir.
Qeyd
![](https://gezmeli.az/wp-content/uploads/2018/02/9ff9b1426ae6c90424d81be35e2dce87.jpeg)
Qeyd edək ki, hazırda Yekaterinburqun “Koltsovo” hava limanından Bakıya birbaşa aviareys mövcuddur. Aviareysi “Ural hava yolları” aviaşirkəti yerinə yetirir.