Ev Ölkələr Azərbaycan Lənkərana 14 mindən çox turist gəlib

Lənkərana 14 mindən çox turist gəlib

  Lənkərana gələn turist sayı

Lənkəran rayonu özünün təbiəti, eləcə də, zəngin və əlverişli iqlim şəraiti ilə geniş turizm imkanlarına malikdir. İlin hər fəslində gözəlliyi ilə insanları sehrinə salan cənub bölgəsinin mirvarisi səfalı meşələri, dağları, digər tərəfdən Xəzərin ləpələri ilə oxşadığı qumlu sahilləri ilə turizmin bütün növlərinin inkişafı üçün əlverişli şərait yaradır.

Lənkəran

 

Lənkərana gələn turistlər burada yaradılan yeni infrastrukturdan, yüksək xidmət mədəniyyətindən razı qaldıqlarını, eləcə də, təbiətin əsrarəngiz gözəlliyinə heyran olduqlarını bildirirlər.

Lənkəran

Rayonda olan 14 mehmanxana və hotellərdə eyni vaxtda 1000-1200 nəfər turistin dincəlməsi üçün lazımi şərait yaradılıb. Hazırda rayonun turizm obyektlərinə və istirahət mərkəzlərinə gələnlər arasında ölkəmizin müxtəlif bölgələrindən və Bakıdan gələn turistlərlə yanaşı, əcnəbi turistlər də vardır.

Turizm maşurtları

Lənkərana gələn turistləri ən çox cəlb edən buranın əsrarəngiz gözəlliyi ilə yanaşı, yerli mətbəxə aid müxtəlif növ yeməklərdir. Turistlərin mənalı istirahəti üçün cənub bölgəsinin görməli və tarixi yerlərinə turizm marşrutları da müəyyənləşdirilib.

Turistlər

Lənkəran Turizm və İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov bildirib ki,  ötən il rayona gələn turistlərin sayı 15 min 900 nəfər olub. Bunun 14 faizi əcnəbi turistlərin payına düşüb. Bu ilin ötən dövründə isə rayona 14 mindən çox turist gəlib. Onların 1800 nəfərindən çoxu xarici turistlərdir.