Ev Turizm Xəbərləri Lənkəranda Ümumdünya Turizm Günü ilə bağlı sərgi

Lənkəranda Ümumdünya Turizm Günü ilə bağlı sərgi

turizm

Ümumdünya Turizm Günü ilə bağlı Lənkəran Turizm İnformasiya Mərkəzinin tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində Lənkəran Turizm İnformasiya Mərkəzinin (TİM) təşkilatçılığı ilə turizm sərgisi olub. Lənkəran ŞİH-nın iştirakı ilə bayram tədbiri təşkil olunub. Tədbirdə turizm obyektləri, yerli və xarici turistlər olub. Həmçinin Lənkəran Dövlət Universitetinin tələbələri də iştirak edib.

Tədbir çərçivəsində TİM tərəfindən Mərkəzin foyesində Cənub bölgəsinin turizm potensialını əks etdirən və görməli yerləri nümayiş edən fotosərgi keçirilib. Yerli sənətkarların əl işlərindən ibarət sərgi təşkil olunub. Eyni zamanda gələn yerli və xarici turistlərə Cənub bölgəsinin turizm potensialı haqqında geniş məlumatlar verilib.

TİM-in direktoru İlqar Əzimov tərəfindən Ümumdünya Turizm Gününün tarixi və bu gün respublikamızda və o cümlədən Cənub bölgəsində bu sahədə görülən işlər barədə məlumatlar verilib. Sərgi zamanı TİM tərəfindən sərgidə iştirak edən Lənkəran Dövlət Universitetinin və Lənkəran Humanitar Kollecin turizm ixtisası üzrə təhsil alan tələbələri ilə maraqlı viktorinalar təşkil olunub. Turizm mövsümü zamanı Cənub bölgəsinin turizm potensialının təbliğində xüsusi fəallıq göstərənlərə hədiyyələr verilib. “Yaşıl Çay”, “Astara çay” təsərrüfatları və “Palıdlı Sahil” kurort-sanatoriya mərkəzi TİM tərəfindən fəxri fərmanlarla təltif olunub.

Günün ikinci yarısında TİM tərəfindən xarici turistlər və tələbələr üçün Lənkəranın görməli yerlərinə infotur təşkil olunub.

Turizm sərgisinin həftə sonuna kimi davam etməsi nəzərdə tutulub.