PAYLAŞ
turizm

Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir. Bütün sahələrdə olduğu kimi, turizm sektorunda da qabaqlayıcı tədbirlər görülür. Ölkəmizin dilbər guşələrindən biri də turistlərin ən çox üz tutduğu Lənkərandır.

turizm

Rayonda yerləşən istirahət kompleksinin icraçı direktoru Kazım Kazımov AZƏRTAC-a bildirib ki, müştərilərin sağlamlığının təminatı üçün səhər və gecə saatlarında profilaktik tədbirlər icra olunur: “İşçi heyətimizin hər bir üzvü işə başlamazdan əvvəl həkim müayinəsindən keçirilir. Xidmət zamanı da tez-tez gigiyenik qaydalara riayət edilir. Bölgəmizdə koronavirus təhlükəsi yoxdur. Hər bir turist həmişəki kimi gəlib səfalı məkanlarımızda istirahət edə bilər”.

Kompleksin insan resursları departamentinin müdiri Elnur Əliyev isə qeyd edib ki, hər bir insan öz şəxsi gigiyenasına fikir verməlidir: “Restoranımızda aparılan bu dezinfeksiya tədbirləri müştərilərimizin sağlamlığının qorunmasına yönəlib. Çalışırıq ki, turistlər restoranımızda olarkən hər hansı problemlə qarşılaşmasınlar. Bir sözlə, bu işlər müştərilərimizin sağlamlığı üçündür”.

turizm

Lənkəranda yerləşən 17 mehmanxana və otel tipli obyektlərin hər birində gündəlik dezinfeksiya tədbirləri görülür, işçilər arasında maarifləndirmə aparılır.