Mayın 10-da Azərbaycan Turizm Assosiyasiyanın təşkilatçılığı ilə Azərbaycanın seçilmiş incoming və inbound şirkətlərinin iştirakı ilə Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 163-də yerləşən, yeni istifadəyə verilmiş “Ləzzətli” restoranına infotur baş tutmuşdur.

Milli üslubda dizayn edilmiş bu məkanda Azərbaycan mətbəxinin ləziz təamları hazırlanır.

Habelə, bu tikili mühüm tarixi əhəmiyyətə malik bir yerdir. Deyilənə görə, Hacı Zeynalabdin Tağıyevin faytonçusunun yaşamış olduğu bu ev 17-ci əsrə aid tikilidir.

Azərbaycana gələn qonaqlara xüsusi bir Abşeron ab-havası bəxş edən bu məkanın tez bir zamanda çox insanı məmnun salacağına əmin ola bilərsiniz.