Ev Turizm Xəbərləri “Ləzzətli” restoran infotur təşkil edib

“Ləzzətli” restoran infotur təşkil edib

“LƏZZƏTLİ” restoran

Mayın 10-da Azərbaycan Turizm Assosiyasiyanın təşkilatçılığı ilə Azərbaycanın seçilmiş incoming və inbound şirkətlərinin iştirakı ilə Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsi 163-də yerləşən, yeni istifadəyə verilmiş “Ləzzətli” restoranına infotur baş tutmuşdur.

“LƏZZƏTLİ” restoran

Milli üslubda dizayn edilmiş bu məkanda Azərbaycan mətbəxinin ləziz təamları hazırlanır.

“LƏZZƏTLİ” restoran

Habelə, bu tikili mühüm tarixi əhəmiyyətə malik bir yerdir. Deyilənə görə, Hacı Zeynalabdin Tağıyevin faytonçusunun yaşamış olduğu bu ev 17-ci əsrə aid tikilidir.

“LƏZZƏTLİ” restoran

Azərbaycana gələn qonaqlara xüsusi bir Abşeron ab-havası bəxş edən bu məkanın tez bir zamanda çox insanı məmnun salacağına əmin ola bilərsiniz.