PAYLAŞ
Latviya

Latviyada oktyabr ayının sonunda “Riqa” hava limanından qeyri-adi Riqa-Riqa istiqamətində aviareysin həyata keçirilməsi nəzərdə tutulur. Sərnişinlərə ölkənin Kurzeme şəhəri üzərində qısamüddətli uçuş həyata keçirmək təklif olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aviareys “AirBaltic” şirkətinə məxsus “Airbus A220-300” təyyarəsi ilə həyata keçiriləcək.

Reysin təşkilatçıları “Balt-Go” və “AirBaltic” turizm agentlikləridir. Oktyabrın 25-də yerli vaxtla 17:15-də yerinə yetirilməsi planlaşdırılan uçuşun müddəti saat yarım təşkil edəcək.

Bildirlilib ki, uçuş zamanı sərnişinlərə restoran yeməkləri təklif ediləcək və hava şəraiti imkan verərsə, təyyarə uçuş hündürlüyünü 900-1000 metrədək azalda biləcək ki, bununla da təbiətin gözəlliyini daha yaxından seyr etmək mümkün olacaq. Təyyarə Pavilosta şəhəri səmasında olarkən sərnişinlər Baltik dənizi üzərindən günəşin qürub etməsindən zövq ala biləcəklər.