2021-ci ilədək 500-ə yaxın fermerin aqroturizm sektoruna cəlb olunması nəzərdə tutulur.

“APA-Economics”in məlumatına görə, bunu “Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri” mövzusunda Bakıda keçirilən dəyirmi masada çıxış edən “Dövlət Aqrar Ticarət Şirkəti“nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, hazırda kənd təsərrüfatı turizmi çox yenidir və bu sahədə nəinki fermerlərdə, həmçinin əhalidə də anlayış mövcud deyil.

“Sahə üzrə birgə əməkdaşlıq imkanı yaradılacaq ki, bu problemlər aradan qaldırılsın. 2019-cu ildə biz əsasən kiçik qrup fermerlərə işləyirdik. Çalışdıq anlayaq ki, prosesin gedişatı zamanı nələr ortaya çıxa bilər. Bu, bizə növbəti illərdə uyğun strategiyamızda düzəlişlər etməyə imkan yaradıb. Düşünürük ki, “PASHA Holding“in bizə ayırdığı maddi vəsait hesabına 2021-ci ilədək qarşımıza qoyduğumuz hədəfə çata biləcəyik. Onu da qeyd edim ki, 500 heç də az rəqəm deyil və seçim apararkən biz çalışırıq Bakı şəhərinə yaxın regionlar olsun. Çünki təcrübə onu göstərir ki, bu gün Bakı şəhərinin sakinləri və yaxud xarici vətəndaşlar əsasən həftəsonu istirahət üçün regionlara gedirlər”, – deyə L. Məmmədova qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin