PAYLAŞ
London

Bu gün Londonda tərkibində yüksək həcmdə duz, şəkər, yağ olan yemək və içkilərin nəqliyyatdakı reklamına qadağa qüvvəyə minib.

Gezmeli.az London nəqliyyat idarəsinin bəyanatına istinadən xəbər verir ki, yeni qanunun təşəbbüskarı olan paytaxt meri Sadiq Xan şəhərdəki məktəblilərin 40 faizində qeydə alınan piylənməyə qarşı mübarizədə sözügedən tədbirin səmərəli ola biləcəyi qənaətinə gəlib. 

Bəyanata görə, paytaxt meri yeni qanunun həmçinin böyükləri də daha sağlam qidalanmağa vadar edəcəyinə ümidvardır.

Bununla bağlı bəzi londonlular metrodakı “fast food” reklamı ucbatından “nəfs”lərini cilovlamaqda çətinlik çəktiklərini etiraf ediblər.