PAYLAŞ
Heviz kurortu

bu gün Macarıstan incilərindən birini – Balaton gölündən şimal-şərqdə yerləşən Heviz balneoloji kurortunu təqdim edir. Nadir gözəlliyi ilə turistləri bu kurorta cəlb edən erkən geoloji dövrlərdə yaranmış göl bütün Avropada məşhurdur. Gölün sahəsi 47 min kvadratmetr, dərinliyi isə 38 metrə yaxındır. Yeraltı mineral mənbələrin suyundan qaynaqlanan bu göldə yay aylarında temperatur 33-35 Selsi, qışda isə 25-28 Selsidir. Bu səbəbdən il ərzində burada çimmək mümkündür. Gölün suyu 72 saat ərzində tamamilə dəyişir. Gölün dibini örtən təxminən 1 metrə yaxın lilin tərkibində mineral komponentlər və ekstragen birləşmələr palçıq vannaları üçün məsləhət görülür. Buranın gur yaşıllığı sayəsində gölün ətrafında unikal mikroiqlim yaranır. Kurorta gələnlər bu faydalı təsiri ilk dəqiqələrdən hiss edirlər. Heviz gölündə ilk müalicəvi hamamlar 1795-ci ildə tikilib.

Son illərdə Heviz kurortu azərbaycanlı turistlər arasında daha çox populyarlaşıb.