Ötən il Manatın bahalşamasının qarşısının alınması üçün bazardan 700 milyon dollardan artıq vəsait alınıb.
“Marja” xəbər verir ki, Yanvarın 13-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə edib. Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edərək bildirib:
“Neftin qiymətinin keçən il həm “Azəri Layt”, həm “Brent” üzrə bir qədər aşağı düşməsinə baxmayaraq, 6 milyardlıq xarici ticarət profisiti və bütövlükdə xarici valyuta mənbələrinin bazara şaxələnməsi şəraitində, həm turizmdən, həm qeyri-neft sektorundan və digər sahələrdən təklifin olduğu bir şəraitdə manatın məzənnəsi sabit qalmışdır. Bütövlükdə isə təxminən bazardan Maliyyə Nazirliyi, xəzinədarlıq və Mərkəzi Bank 700 milyon dollardan yuxarı vəsaiti sterilizasiya etmək məcburiyyətində qaldı ki, manatın möhkəmlənməsinə təsir göstərməsin”.
Müşavirədə Prezident İlham Əliyev deyib: Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir. Iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur.
Məlumat üçün bildirək ki, sterilizasiya əməliyyatı artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş bir əməliyyatdır.