PAYLAŞ
Mastercard's Global Destination Cities Index

Mastercard” şirkətinin indeksi üzrə dünyanın ən populyar 10 turizm şəhərinin adları elan edilib. CNN telekanalının saytına istinadla xəbər verir ki, şirkətin maliyyə xidmətinin hesabatına görə, gecələmə şərti ilə səyahət edənlərin sayı 2009-cu illə müqayisədə 2018-ci ildə 79 faiz artıb.

Şirkətin elan etdiyi “Mastercard’s Global Destination Cities Index” reytinq cədvəlinə dördüncü dəfə dalbadal Banqkok başçılıq edir. Hesabat ilində Tailandın paytaxtına 22,78 milyon turist gəlib. 2019-cu ildə bu göstəricinin 3,34 faiz artacağı proqnozlaşdırılır. Banqkoka səfər edənlər əsasən beş ölkənin – Çinin əsas ərazisi, Yaponiya, Cənubi Koreya, Hindistan və Birləşmiş Krallığın vətəndaşlarıdır. Bu şəhərdə əcnəbi turistləri cəlb edən başlıca məkanlar isə “Grand Palace”, “Vat Arun” və şəhərin kənarına birgünlük ekskursiya, habelə suda üzən “Damnoen Saduak” marketidir.

Reytinq cədvəlində ikinci və üçüncü yerləri Paris və London tuturlar. 2018-ci ildə hər iki şəhər 19 milyondan çox turist qəbul edib.

Mastercard’s Global Destination Cities Index”də ümumilikdə turistlərin sayı, onların xərclədiyi vəsaitin təhlilinin yer aldığı 200 şəhər göstərilib. Lakin səyahətçilərin sayında ən böyük artım məhz ilk onluğa daxil olan ölkələrin payına düşür. Bununla yanaşı, London onların arasında turist sayının ildən-ilə azaldığı yeganə şəhərdir. Böyük Britaniya paytaxtında hər il orta hesabla 4 faiz azalma qeydə alınıb.

Son 10 ildə turistlərin sayının davamlı olaraq artdığı region isə Asiya-Sakit okean bölgəsidir. Bu ölkədə hesabat dövründə turistlərin sayının 9 faiz artması çinli səyahətçilərin hesabındadır.

Reytinq cədvəlində turistlərin ən çox pul xərclədiyi ölkələr də qeyd olunub. Bu göstərici üzrə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri liderdir. 2018-ci ildə bu şəhərdə gecələmə şərti ilə qalan turistlər 30,83 milyard dollar, yaxud hər biri orta hesabla 553 dollar xərcləyiblər.

Müqayisə üçün qeyd edilib ki, Banqkoka səyahət edənlər orta hesabla hər gün adambaşına 184 dollar xərcləyiblər. Bu göstərici üzrə Tailandın paytaxtı 20,03 milyard dollarla Səudiyyə Ərəbistanın Məkkə şəhəri ilə (20,09 milyard dollar) ikinci yerdədir.

Turist sayına görə ilk 10 populyar şəhərin siyahısı:

1. Banqkok, Tailand: 22.78 milyon turist

2. Paris, Fransa: 19.10 milyon turist

3. London, İngiltərə: 19.09 milyon turist

4. Dubay, Birləşmiş Ərəb Əmirlikləri: 15.93 milyon turist

5. Sinqapur: 14.67 milyon turist

6. Kuala-Lumpur, Malayziya: 13.79 milyon turist

7. Nyu-York, ABŞ: 13.60 milyon turist

8. İstanbul, Türkiyə: 13.40 milyon turist

9. Tokio, Yaponiya: 12.93 milyon turist

10. Antalya, Türkiyə: 12.41 milyon turist