Ev Turizm Xəbərləri Maunt-Vernon ABŞ-da ən çox ziyarət edilən tarixi yerlərdən biridir

Maunt-Vernon ABŞ-da ən çox ziyarət edilən tarixi yerlərdən biridir

Maunt-Vernon

Vaşinqton şəhərindən 24 kilometr cənub-şərqdə, Potomak çayının sahilində yerləşən Maunt-Vernon plantasiyası XVIII əsrdə ABŞ-ın birinci prezidenti Corc Vaşinqtona məxsus olub. Birləşmiş Ştatların dövlətçiliyinin banilərindən birinin malikanəsinə 1960-cı ildən Milli Tarixi Abidə statusu verilib.

Bu malikanə prezidentin böyük qardaşı, britaniyalı admiral Vernonun şərəfinə belə adlandırılıb. 1751-ci ildə plantasiya miras kimi Corc Vaşinqtonun əmlakına çevriləndən sonra o, həmin ərazidə ikimərtəbəli taxta malikanə və bir başqa tikililər inşa edib. Corc Vaşinqton ömrünün sonuna – 1799-cu ildə vəfat edənə qədər dövləti vəzifələrinin icrası gedişində fasilələr zamanı həmişə Maunt-Vernonda yaşayırdı. Artıq uzun illərdir ki, bu malikanə muzeyə çevrilib və həmin muzeyi hər il 1 milyondan çox turist ziyarət edir.

Maunt-Vernon

Malikanəyə ictimaiyyət nümayəndələrinin baxmasına imkan verilməsi yenilik deyil. Bu, Corc Vaşinqtonun özünün başladığı və 200 ildən artıq tarixi olan ənənənin bir hissədir. O hələ 1794-cü ildə “ağlı başında olan hər bir abırlı insanın Maunt-Vernon plantasiyasındakı binalara, bağlara və başqa obyektlərə tamaşa etmək marağını təmin etməsinin” əleyhinə olmadığını yazırdı.

Malikanənin girəcəyindəki müasir binada Corc Vaşinqtonun, birinci xanım Marta Vaşinqtonun və birinci ailənin oğul və qız nəvəsinin heykəlini görmək olar. Turistlər elə oradaca Corc Vaşinqtonun həyatından tarixi məqamların, o cümlədən birinci prezidentin inauqurasiya mərasiminin və Birləşmiş Ştatların müstəqilliyi haqqında bəyannamənin Vaşinqnton üçün oxunduğu tədbirin şüşə üzərində təsvirləri, habelə Vaşinqtonun evinin maketi ilə tanış ola bilərlər.

Maunt-Vernon

Ziyarətçilər malikanədə Vaşinqtona məxsus olmuş əmlak obyektlərinin orijinalları ilə tanış ola bilərlər. General Vaşinqton öz karetasını bir neçə at saxlanılan tövlənin yaxınlığında saxlayırdı. Bu işlə əsasən onun Co və Cek adlı xidmətçiləri məşğul olurdu. Malikanənin ərazisində indi də böyük heyvan ferması var. XVIII əsrdə olduğu kimi indi də həmin fermada bir neçə qoyun növü saxlanılır.

Vaşinqtonun evi 1734-cü ildə tikilib. O vaxt binada cəmi 4 otaq vardı. Vaşinqton bu malikanəni və evi miras kimi qəbul edəndən sonra orada daha bir mərtəbə və bir neçə əlavə otaq tikib. Ən sonuncu otaq 1778-ci ildə tikilmiş ziyafət zalıdır. Ailə həmin zalda qonaqları qəbul edir və təntənəli gecələr təşkil edirdi. Malikanədə ən böyük otaq olan bu zalda indi də Corc və Marta Vaşinqtonlara məxsus rəsm əsərlərini və vazaları görmək olar. Amerikanın birinci ailəsi nahar və şam yeməklərini zalın yanındakı səliqəli otaqda yeyirmiş. Birinci mərtəbədəki dəhlizin divarında Bastiliya qalasının açarı asılıb. Bu açarı Vaşinqtona Amerikanın müstəqilliyi uğrunda müharibə zamanı amerikalıların tərəfindən vuruşmuş general Jilber Lafayet bağışlayıb. İkinci mərtəbədə bir neçə qonaq otağı yerləşir. Vaşinqton həmin otaqlarda qonaqları qəbul edirdi. Əlamətdar haldır ki, evin divarlarının demək olar ki, hamısı yaşıl rəngə boyanıb. XVIII bu rəng Amerikada varlılıq rəmzi idi, çünki o vaxt yaşıl boya tapmaq heç də asan deyildi.

Maunt-Vernon

Tarixçilər bildirirlər ki, Corc Vaşinqton hər il təqribən 400 qonaq qəbul edirdi. Bu qonaqların heç də hamısı siyasətçi və kübar dairələrinin nümayəndələri deyildi. Onların arasında fermerlər, hərbçilər, hətta dilənçilər də olurdu. Bu evin qapıları orada bir gecə qalmaq istəyən hər kəsin üzünə açıq idi. bu da onunla bağlı idi ki, Vaşinqtonun evi Potomak çayının ətrafında yerləşən ən böyük ev idi. Vaşinqton özü bir dəfə bu evi regionda hamının gəldiyi “ən böyük aşxana” adlandırmışdı.

Binanın birinci mərtəbəsindəki böyük kabinetdə Vaşinqton səhər tezdən axşama qədər işləyirdi. ABŞ-ın birinci prezidentinin iş günü səhər saat 4:30-da başlanırdı. Vaşinqtonlar ailəsi üçün yemək hazırlanan mətbəx bu evdən kənarda yerləşir. Mətbəx əsas binadan ayrı tikilmişdi, çünki Vaşinqton yeməklərin ətri ilə qonaqları narahat etmək istəmirdi. Bundan əlavə, o hesab edirdi ki, mətbəxin ayrı yerləşməsi binanın özündə yanğın baş verməsi riskini azaldır.

Əsas binanın yaxınlığında yerləşən məqbərədə Corc və Marta Vaşinqtonlar dəfn edilib. Birinci prezident 1799-cu il dekabrın 14-də angina xəstəliyindən vəfat edib. Onun 67 yaşı vardı. Dəfn mərasimi 1799-cu il dekabrın 18-də Maunt-Vernonda keçirildi. Konqres Kapitoliya binasında Vaşinqtonun mərmər heykəlinin ucaldılması barədə qətnamə qəbul etdi. 1800-cü ilin dekabr ayında Nümayəndələr Palatası məqbərə tikilməsi üçün 200.000 dollar maliyyə ayrılması barədə qanun etdi. Piramida şəklində məqbərənin oturacağı tərəfi 30 metrə bərabər kvadrat olmalı idi. Lakin cənub ştatlarından olan Konqres üzvləri Vaşinqtonun nəşinin Maunt-Vernonda qalmasını istəyidirlər. Buna görə onlar həmin qanunun yuxarı palatada qəbul edilməsinin qarşısını aldılar. Marta Vaşinqton 1802-ci il mayın 22-də vəfat edib.

Corc Vaşinqtonun ölümündən 60 il sonra prezidentin varisi, onun qardaşı oğlu Buşrodun belə böyük malikanənin saxlamaq üçün vəsaiti olmadığına görə onu yerli Qadın Assosiasiyasına satdı. Bu assosiasiyanın fəalları malikanəni demək olar ki, ilkin formada bərpa etdilər. Müasir dövrdə hər il malikanədə tarixi bayram günləri qeyd edilir, Müstəqillik Günündə isə ABŞ-ın yeni vətəndaşları burada and içirlər. 1960-cı ildə Maunt-Vernon ABŞ-ın milli tarixi abidələri siyahısına daxil edilib.