Saytda AZAL hava yollarının və daha onlarla aviadaşıyıcının təklifləri toplanıb. Bu o deməkdir ki, istifadəçi bir pəncrədə bütün qiymətləri müqayisə edə biləcək və özünə ən uyğun təklifi seçəcək. Ödəniş bilavasitə daşıyıcının və ya agentliyin saytında bəzən isə saytın öz interfeysində həyata keçiriləcək.
“Avisales”ın yeni istiqamətlərin inkişafı üzrə direktoru Yaroslav Stepanyuk bildirib:
“Heydər Əliyev Beynəlxalq Hava Limanının məlumatına görə, 2019-cu ilin ilk səkkiz ayı ərzində buradan uçuş edən sərnişinlərin sayı keçən ilə nisbətən 5,2% artıb. Bu məlumat bizim üçün bazarın potensialı haqda bir siqnal oldu və biz xidmətimizi Azərbaycan üçün də uyğunlaşdırmaq qərarı verdik. Artıq yerli turizm ekspertlərindən ibarət olan komandamızı toplamışıq”.
“Aviasales”ın statistikasına əsasən, azərbaycanlı istifadəçilər daha çox Rusya, Türkiyə, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri və Gürcüstan kimi istiqamətlərə bilet axtarır. Əlbəttə, Fici kimi ekzotik istiqamətlərə də axtarışlara rast gəlinir.
Yaroslav Stepanyuk əlavə edir:
“Azərbaycan pasportlarında xarici ştampların sayı artır və biletlərin qiymətlərini müqayisə etməkdə yardımçı olan “Aviasales” kimi xidmət çox yerinə düşər”.
Azərbaycan üçün uyğunlaşdırılan xidmətlərimiz arasına bu yaxında “Ucuz qiymət təqvimi” əlavə olunacaq.
Şirkətin məlumatına görə, bir gün öncə və ya sonra uçuş fərqli qiymətlərə başa gələ bilər. Məsələn, cümə axşamı Bakı-Dubay reysinin qiyməti 274 AZN təşkil edirsə, planlarımızı biraz dəyişib çərşənbə günü uçuş etsək, biletin qiyməti 186 manata qədər enə bilər.
Yaroslav Stepanyuk vurğulayıb:
“Biz azərbaycanlıların səyahət planlamasını rahatlaşdırmaq üçün bir çox addım atmışıq. Məsələn, interfeysin üzərində əlavə iş aparılıb və yerli agentliklər əlavə olunub. Biz düzgün qiymət prinsipi ilə işimizi qururuq və saytda biletlərin son qiymətləri qeyd edilir, sonradan heç bir dəyər əlavə edilmir.
Və, ən asası, bizim support komandamız 24/7 istifadəçilərlə əlaqədədir. Əməkdaşlarımız həm bron zamanı, həm də brondan sonra yaranan bütün sualları cavablandırmağa hazırdırlar.
“Aviasales” – Şərqi Avropada ən böyük onlayn bilet axtarışı xidmətidir və MDB ölkələrində aktiv inkişaf edir. “Aviasales” 2019-cu ildə “Forbes” tərəfindən Runet məkanının ən bahalı şirkətlərindən biri adlandırılıb. Daha öncə şirkət öz xidmətlərini Qazaxstan, Belarus və Özbəkistan üçün uyğunlaşdırıb.