Park

Sosial şəbəkələrdə Şirvan Milli Parkının özəlləşdirilməsi ilə bağlı məlumatlar yayılıb.

Bildirilir ki, artıq park ərazisi kənd təsərrüfatı torpaqları kimi istifadə olunacaq.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 

ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova  bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə qaydasına əsasən, fiziki və hüquqi şəxslərlə yem və dənli bitkilərin əkilməsi üçün müqavilə bağlanıla bilər. 

“Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (İUCN) qayda və təlimatlarına əsasən, bütün dünyada xüsusi mühafizə olunan təbiət ərazilərində zonalaşma mövcuddur. Bütün milli parklarda təsərrüfat zonaları tətbiq olunur.

Milli park yaradılan zaman bu zonalar mütəxəssislərin rəyinə əsasən ərazinin coğrafi mövqeyi, relyefi nəzərə alınmaqla təsnifləşdirilir. Zonaların sahəsi milli parkların fərdi xüsusiyyətlərinə uyğun olaraq təyin edilir”.

A.Səmədova qeyd edib ki, milli parklarda kənd təsərrüfatı məqsədləri üçün əlverişli torpaqların potensialından səmərəli istifadə etmək məqsədilə təsərrüfat fəaliyyətinə icazə verilir.

Qeyd edək ki, xüsusi mühafizə olunan təbiət ərazilərindəki kənd təsərrüfatı məqsədləri üçün əlverişli torpaqların potensialından səmərəli istifadə etmək yaxşı bir addımdır. Bu təcrübə bütün dünyada var.

Nəzərə alsaq ki, münbit torpaq azdır, biz hər bir potensialımızdan, hər bir torpağımızdan düzgün, səmərəli  istifadə etməliyik. Bu, səmərə gətirən, faydalı işdir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin