Ev Turizm Xəbərləri Misir piramidaları açaraq ölkəyə turist axınını artırmaq istəyir

Misir piramidaları açaraq ölkəyə turist axınını artırmaq istəyir

Misir

Misir hökuməti pandemiya səbəbindən ölkə turizminin hər ay bir milyard dollar itirdiyini açıqlayıb.

Gezmeli.az ATOR istinadən xəbər verir ki, çarter reyslərinin Qırmızı dəniz kurortlarına vaxtından əvvəl qaytarılması da turizmə kömək etməyib.

Ölkədə piramidaların açılacağı və hotellərin sayının artırılacağı bildirilir.

Avqust ayından yeddi ölkədən Misirə çarter reysləri (Ukrayna, Belarus, İsveçrə, Macarıstan, Serbiya, Belçika və Makedoniya) təşkil edilib. Ayın sonunadək Polşa və Rumıniyadan da uçuşlar gözlənilir.

Rəsmi rəqəmlərə görə, Misirdəki turistlər arasında COVID-19-a yoluxma hadisəsi yoxdur.

Ancaq dövlətin iqtisadiyyatı üçün ən dəyərli turistlər olan Almaniya, Britaniya və İtaliya vətəndaşlarını yalnız yeni qış mövsümündə qarşılaya biləcəklər.