PAYLAŞ
Thomas Cook

Hays Travel” turizm şirkəti müflis olan “Thomas Cook” şirkətinin Böyük Britaniyadakı 555 satış məntəqəsindən ibarət pərakəndə şəbəkəsini satın alır.

Müflisləşən şirkətin 421 əməkdaşı da alıcı şirkət tərəfindən işə götürülüb. 2000 nəfərin isə işə bərpa ediləcəyi gözlənilir. Müflisləşən şirkətin ləğv edilməsinə nəzarət edən İflas Xidməti sövdələşmənin məbləğini açıqlamayıb.

Qeyd edək ki, Böyük Britaniyanın (və dünyanın) ən qədim və nüfuzlu turizm şirkəti olan “Thomas Cook” kreditorlar ilə danışıqlar nəticəsiz qaldığı üçün sentyabrın 23-nə keçən gecə müflis olduğunu, xaricdəki bütün britaniyalı müştərilərinin vətənə qaytarlılmasını elan etmişdi. Halbuki həmin vaxt şirkətin göndərişilə xaricə səyahətə getmiş 160 minədək britaniyalının oktyabrın 7-də başa çatan qaytarılması dinc vaxtda Böyük Britaniya vətəndaşlarının xaricdən vətənə ən irimiqyaslı təxliyyəsi olaraq tarixə düşüb. Həmçinin “Thomas Cook”un iflası 9 min insanın işsiz qalması ilə nəticələnib.