PAYLAŞ
Hot tur

Rusiyanın Altay vilayətində fəaliyyət göstərən “Hot Tur” turizm firmasının direktoru müştərilərinə qarşı dələduzluq əməlinə yol verib və Bakıya qaçıb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, firmanın direktoru Olesya Şaxtorinanın işləri əvvəlcə yaxşı gedib, o, Altay vilayətinin sakinlərinə isti ölkələrə “putyovkalar” satıb və müştəriləri firmadan razılıq ediblər. Amma rublun məzənnəsi aşağı düşməyə başlayanda firmanın müştəriləri də azalıb. Bu zaman Şaxtorina müştərilərə “atmağa” başlayıb.

Əvvəlcə firmadan turpaket alan müştərilər gün məsələsində aldadılıblar, onlar 10 günlük paket alsalar da cəmi 7 gün dincələ biliblər. Yaxud müştərilərdən dördulduzlu otel üçün pul alınsa da onları 3-ulduzlu otellərə yerləşdiriblər. Daha sonra isə müştərilərə ümumiyyətlə “atıblar”-onlardan pul alsalar da turpaket verməyiblər.

Nəticədə müştərilər hüquq-mühafizə orqanlarına şikayət edib və Şaxtorinanın barəsində bir neçə ay əvvəl cinayət işi qaldırılıb. İş üzrə cəmi 12 zərərçəkən var, onlara dəyən ziyan 2 milyon rubldan yuxarıdır.

Polislər əvvəlcə firmanın təsisçisini-Şaxtorinanın ərini dindiriblər. O, firmanın işlərində iştirak etmədiyini, dələduzluqdan xəbərsiz olduğunu bildirib. Olesya isə çemodanlarını yığıb və iki uşağını da götürərək Azərbaycana “istirahətə” yollanıb. 2019-cu il sentyabrın əvvəllərindən o, Xəzər sahilindəki kurortlardan birindədir və geri qayıtmağa hazırlaşmır.