Ev Turizm Xəbərləri Məşhur Cek kən­dinin turizm potensialı genişlənir – FOTO

Məşhur Cek kən­dinin turizm potensialı genişlənir – FOTO

turizm

Azər­bay­can ta­ri­xin­də izi olan top­lum­lar­dan bi­ri ki­mi Cek kəndində yaşayan cek­li­lə­rin özü­nə­məx­sus ye­ri var. Cek­li­lər Azər­bay­can­da ya­şa­yan et­nik top­lum­lar­dan bi­ri ki­mi öl­kə­mi­zin hə­ya­tın­da mü­hüm rol oy­na­yıb.

Cek” toponiminin etimologiyasını hələlik tam açıqlamaq mümkün olmayıb. Ehtimal edilir ki, “Cek” sözü cek dilindəki “ciqa” sözündən yaranıb. Azərbaycan dilində “ərazi”, “məkan”, “torpaq”, “yer” deməkdir.

Cek xalqına məxsus di­li­n türk dil­lə­rin­dən xey­li fərqlən­mə­si­nə bax­ma­ya­raq, ta­rix bo­yu türk dün­ya­sı­na in­teq­ra­si­ya­ya meylli olan cek­li­lər öz­lə­ri­ni “Qaf­qaz tür­kü” he­sab edir. Azər­bay­can­lı­la­rın tər­kib his­sə­si olan cek­li­lər öz­lə­ri­ni “azər­bay­can­lı” ki­mi qeyd edir. On­lar di­gər xalqlar­la, xü­su­sən də Azər­bay­can­da ya­şa­yan mil­li et­nik qrup­lar­la, da­ha çox isə “Şah­dağ qru­pu” xalqla­rı olan bu­duq­lu­lar, əlik­li­lər, ha­put­lu­lar, xı­na­lıq­lı­lar, qı­rız­lı­lar, yer­güc­lü­lər, həm­çi­nin qa­lay­xu­dat­lı­lar­la qay­na­yıb-qa­rı­şıb. Çox ge­niş qo­hum­luq əla­qə­lə­ri­nə ma­lik­dir.

Cek­li­lə­rin adət və ənə­nə­lə­ri da­ha çox oğuz türklə­ri­nin adət-ənə­nə­lə­ri ilə ya­xın­dır. On­la­rın əsas məş­ğu­liy­yə­ti hey­van­dar­lıq, əkin­çi­lik və to­xu­cu­luq olub. Ki­şi­lər əsa­sən qo­yun­çu­luq­la, qa­dın­lar yun­dan müx­tə­lif mə­mu­lat­lar – xal­ça, pa­laz, ki­lim, şal, co­rab to­xu­maq­la məş­ğul olur­du. Cek kən­di Qu­ba xal­ça­la­rı­nın ən par­laq kom­po­zi­si­ya­la­rın­dan bi­ri olan “Cek xal­ça­la­rı“nın mər­kəz­ləş­miş mən­tə­qə­si he­sab olu­nur. “Cek xal­ça­la­rı” Azər­bay­can xal­ça­la­rı­nın Qu­ba-Şir­van ti­pi­nin Qu­ba qru­pu­nun dağ­lıq his­sə­si­nə aid edi­lir.

Azər­bay­can mət­bə­xi­nin zən­gin çeşidlə­rin­dən bəh­rə­lə­nən Cek mət­bə­xini Azər­bay­can mət­bə­xin­dən fərqlən­di­rən əsas cə­hət xü­su­si ha­zır­la­nan bə­zi mət­bəx nü­mu­nə­lə­rinin möv­cudluğu­dur. Bun­la­ra mi­sal ola­raq cu­rum, qi­ləc, ça­ma-fu, sər­gil-afar və bo­qortc-hal­va ki­mi nü­mu­nə­lə­ri sa­da­la­maq ki­fa­yət­dir.

Cek kən­di­nin əl­ve­riş­li coğ­ra­fi möv­qe­yi cek­li­lər­də tu­rizm sek­to­ru­na çox bö­yük ma­raq ya­ra­dıb. Ha­zır­da Cek kən­di Qu­ba-Tən­gə­al­tı-Xal­tanQu­ba Qəç­rəş-Mi­na­rə is­ti­qa­mət­lə­ri ilə bir­lik­də ra­yon­da tu­riz­min in­ki­şa­fı­nın üç əsas is­ti­qa­mə­tin­dən bi­ri olan Qu­ba-Cek-Xı­na­lıq is­ti­qa­mə­ti­nin mər­kə­zin­də yer­lə­şir.

Əvvəlki dövrlərdə əsl sə­ya­hət, is­ti­ra­hət, tu­rizm məs­kə­ni olan Cek kən­di­nin əha­li­si­nin ra­yon mər­kə­zi ilə əla­qə­si pa­yız-qış aylarında ta­ma­mi­lə kə­si­lir. Yaz-yay ay­la­rın­da isə çox çə­tin­lik­lə müm­kün olur­du. Hə­min dövrdə cek­li­lər nəq­liy­yat va­si­tə­si ki­mi hazırda Buduq və Qrızlılar üçün olduğu kimi, əsa­sən “QAZ-66”, “QAZ-53”, “ZİL”,”UAZ” “Ni­va” mar­ka­lı av­to­mo­bil­lər­dən və xü­su­si­lə də at­dan is­ti­fa­də edir­di.

Cek kəndinə gedişi yax­şı­laş­dır­maq məq­sə­di­lə hə­lə 1987-ci il­də Qu­ba-Qəç­rəş-Qrız­dəh­nə-Xı­na­lıq ad­lan­dı­rı­an av­to­mo­bil yo­lu­nun ti­kin­ti­si Pre­zi­dent İl­ham Əli­ye­vin gös­tə­ri­şi ilə 2006-cı il oktyabr ayı­nın 7-də ba­şa çat­dı­rı­lıb. Ölkə prezidenti özü şəx­sən 57 ki­lo­metrlik Qu­ba-İs­pik-Xı­na­lıq yo­lu­nun is­ti­fa­də­yə ve­ril­mə­si mə­ra­si­min­də iş­ti­rak edib.

Cek kəndində təhsillə bağlı müəyyən addımlar atılıb. Belə ki, 2006-cı ilin əv­vəl­lə­rin­də Birinci vitse-prezident Meh­ri­ban Əli­ye­va­nın rəh­bər­li­yi ilə Hey­dər Əli­yev Fon­du­nun hə­ya­ta ke­çir­di­yi “Ye­ni­lə­şən Azər­bay­ca­na ye­ni mək­təb” proq­ra­mı­na əsa­sən, Cek kən­din­də hə­lə 1928-ci il­də ya­ra­dı­lan mək­tə­bin son il­lər­də ta­ma­mi­lə ya­rar­sız və­ziy­yə­tə düş­müş bi­na­sı bərpa edi­lə­rək is­ti­fa­də­yə ve­ri­lib.

Ra­bi­tə və Yük­sək Tex­no­lo­gi­ya­lar Na­zir­li­yi Xı­na­lıq kən­din­də kon­tey­ner for­ma­sın­da ol­maq­la 128 nöm­rə­lik, Əlik kən­din­də isə 64 nöm­rə­lik elektron ATS-lə­rin qu­raş­dı­rıl­ma­sı­nı, ye­ni ATS-lə­rin key­fiy­yət­li işi­ni tə­min et­mək üçün Sö­hüb və Əlik kəndlə­ri ara­sın­da 10 km-lik, Əlik və Xı­na­lıq kəndlə­ri ara­sın­da 16 km-lik fi­be­rop­tik ka­bel xət­lə­ri­nin çə­ki­li­şi­ni, Qrız kən­din­də 4 ədəd, Qı­rız­dəh­nə kən­din­də 8 ədəd peykdən qə­bul üsu­lu ilə te­le­fo­nun ve­ril­mə­si­ni, Bos­tan­keş ya­şa­yış mən­tə­qə­si­nə, Cek, Ha­put, Qa­lay­xu­dat kəndlə­ri­nə te­le­fon çə­kil­şi­ni, Əlik kən­din­də ye­ni te­le­vi­zi­ya stan­si­ya­sı­nın və FM ve­ri­ci­si­nin qu­raş­dı­rıl­ma­sı­nı, sa­kin­lə­rin mü­ra­ci­ət­lə­ri­nə əsa­sən Xı­na­lıq kən­din­də AzTV və İTV-dən baş­qa “Li­der” TV-nin də ya­yı­mı­nı, Xı­na­lıq kən­din­də “Azər­cell” mo­bil te­le­fon ra­bi­tə­si­nin ya­yıl­ma­sı­nı tə­min edib. Bu­nun­la da Şah­dağ pla­to­sun­da yer­lə­şən ən uc­qar ya­şa­yış mən­tə­qə­lə­ri­nin sa­kin­lə­ri dün­ya­nın is­tə­ni­lən nöq­tə­si ilə te­le­fon və in­ter­net ra­bi­tə­si ya­rat­maq im­ka­nı əl­də edib. Yaradılan imkanlar bu ərazilərdə, xüsusilə Cek kəndində turist qəbulunda yeni imkanlar yaradır.

Yazı “Qafqaz Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda mədəni müxtəliflik dəyərləri və onun turizmin inkişafında rolunun təbliği (Şahdağ milli etnik qrupu)” layihəsi çərçivəsində hazırlanıb.