Ev Turizm Xəbərləri Naftalan şəhərində regional inkişaf mövzusunda konfrans keçirilib

Naftalan şəhərində regional inkişaf mövzusunda konfrans keçirilib

Naftalan

İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Avropa İttifaqı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə həyata keçirilib. “Gəncə-Qazax İqtisadi Rayonunda Yerli və Regional İnkişafa Dəstək” layihəsi çərçivəsində Naftalan şəhərində “Azərbaycanda regional inkişaf” mövzusunda konfrans keçirilib.

Naftalan şəhər Heydər Əliyev Mərkəzində İqtisadiyyat Nazirliyi ilə birgə təşkil olunan tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Turizm Agentliyinin əməkdaşları, Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin və digər layihələrin təmsilçiləri olub. Həmçinin Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayon və şəhər icra hakimiyyətlərinin nümayəndələri, yerli tərəfdaşlar iştirak ediblər.

Konfransın keçirilməsində məqsəd layihə çərçivəsində Gəncə-Qazax iqtisadi rayonuna daxil olan inzibati rayonların inkişaf planlarının hazırlanması prosesini və onun nəticəsini təqdim etməkdən ibarət olub.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının icrasının uğurlu nəticələri olub. Dövlət başçısının rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsindən danışıb. İnnovativ sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə məlumat verib. Regionlarda yeni istehsal və xidmət sahələrinin, eləcə də turizmin bölgələrdə inkişafının daim dəstəkləndiyini bildirib. Qeyd olunub ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerlərdə icrasına dəstək məqsədilə rayonlar üzrə inkişaf planlarının hazırlanması mühüm əhəmiyyətə malikdir.

Nazir müavini Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən texniki yardım layihələrinin icrasından söz açıb. Regionların sosial-iqtisadi inkişafı sahəsində xarici təcrübənin öyrənilməsindən danışıb. Ölkəmizdə tətbiqi məqsədilə dövlət qurumları əməkdaşlarının, digər maraqlı tərəflərin bilik və bacarıqlarının artırılmasının önəmli əhəmiyyətə malik olduğunu qeyd edib.

Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas ölkəmizlə Avropa İttifaqı arasında regionların inkişafı sahəsində həyata keçirilən uğurlu layihələri yüksək qiymətləndirib. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə sözügedən layihənin nəticələri, töhfələri və nailiyyətləri ilə bağlı geniş təqdimatlar edilib. Həmçinin layihə çərçivəsində keçirilən təlimlərdə iştirak edən əməkdaşlara müvafiq sertifikatlar verilib.

Həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Naftalan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılıq edib. Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən mikro, kiçik və orta biznes subyektlərinin regional sərgi–satış yarmarkası da keçirilib.