PAYLAŞ
turizm

Naftalan Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə Naftalan brendinin markasının ilkin hazırlığı ilə bağlı seminar keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, aparatın məsul nümayəndələri, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Dövlət Turizm Agentliyinin koordinatoru Müsalim Əfəndiyev, Dövlət Turizm Agentliyinin Gəncə Regional Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov və şəhərdə fəaliyyət göstərən sanatoriya-kurort müəssisələrinin rəhbərləri iştirak ediblər.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək şəhərin mövcud turizm potensialı barədə mütəxəssislərə ətraflı məlumat verib. Şəhər rəhbəri Naftalan brendinin formalaşması ilə bağlı müzakirələr aparılıb. Veriləcək təkliflərin Naftalanda turizmin gələcək inkişafı baxımından müsbət və faydalı olacağını qeyd edərək seminarın işinə uğurlar arzulayıb.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid seminarda mövzu ilə bağlı çıxış edib. Naftalan şəhər turizm brendinin yaradılmasını yüksək qiymətləndirib.

Seminarda Naftalan şəhər turizm brendinin yaradılması ilə bağlı geniş müzakirələr aparılıb. Gələcəkdə görüləcək işlər barədə qərarlar qəbul edilib.