Qış dövründə Azərbaycanda digər illərlə müqayisədə turistlərin sayının artması gözlənilmir. Yay dövrü ilə müqayisədə isə turistlərin sayı xeyli az olacaq.
Bu məlumatı Gezmeli.az -a açıqlamasında Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov verib.
Onun sözlərinə görə, Azərbaycanda qış turizmi planında çox az təkliflər var – Şahdağ və Tufandağ.
“Yeni turist marşrutları yoxdur. Biz yeni ildən sonra turizm sahəsində canlanma gözləyirik”, – müsahibimiz bildirib.
O qeyd edib ki, qış vaxtında turistlər Azərbaycan rayonlarındansa, Bakıya üstünlük verirlər.