Ev Gəzməli yerlər Gəzəyənlər Nahid Bağırov: Qışda Azərbaycanda turistlərin sayı xeyli az olur

Nahid Bağırov: Qışda Azərbaycanda turistlərin sayı xeyli az olur

Bakı

Qış dövründə Azərbaycanda digər illərlə müqayisədə turistlərin sayının artması gözlənilmir. Yay dövrü ilə müqayisədə isə turistlərin sayı xeyli az olacaq. 

Bu məlumatı Gezmeli.az -a açıqlamasında Azərbaycan Turizm Assosasiyasının sədri Nahid Bağırov verib.

Onun sözlərinə görə, Azərbaycanda qış turizmi planında çox az təkliflər var – Şahdağ Tufandağ.

“Yeni turist marşrutları yoxdur. Biz yeni ildən sonra turizm sahəsində canlanma gözləyirik”, – müsahibimiz bildirib. 

O qeyd edib ki, qış vaxtında turistlər Azərbaycan rayonlarındansa, Bakıya üstünlük verirlər.