PAYLAŞ

New -yorkun göRməli yerləri

   Empire state building

   New -Yorka getsəniz Empire State Building’ə mütləq qalxın. New-Yorkun görməli yerlər siyahisinda olan o başdöndürən göydələnləri yuxarıdan izləmək üçün bura ən yaxşı məkanlardan biri sayılır. 08:00-da açılır, elə binanın daxilində bilet ala bilirsiniz. İki cür bilet təklif olunur: 86-cı mərtəbəyə (34 dollar) və 102-ci mərtəbəyə (54 dollar). 86 ilə 102 arasında tək fərq şəhərə biraz daha yüksəkdən baxmaq imkanı əldə etməyinizdir.

New-York immiqrantlar ştatıdır. Ştatda  təxminən 170 dildə danışılır. ngilis dili ilə yanaşı İspan dilidə geniş  yayılmışdır. ABŞ Ticarət Nazirliyinin hesablamalarına görə Nyu-York turistlər tərəfindən ən çox ustunluk verilən ştatdır.

New-York rütubətli kontinental iqlimə malikdir.İki kontinental hava kütlələrinin təsiri altindadır:  Cənub -qərbdən isti və rütubətli hava və şimal qərbdən gələn soyuq və quru hava kütlələri. Qış uzun və soyuq keçir.Yay iqlimi isə sərin olur.Ştatda qeydə alınmıış ən yüksək hərarət iyul alındadır.  Bu gösdərici 42 dərəcə olmuşdur. Əhalinin əsas yerləşdiyi yerlərdən olan New-York  13 dərəcə orta tempratura malikdir.

Azadliq heykəli

Azadlıq heykəli New-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəlidə görməli yerlər siyahısındadır. 1886-cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir.Heykəldə təsvir olunan ayaq üsdə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli digərində isə üzərində ABŞ Müsdəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı  tabula ansata (qanunların yazıldığı tablet) tutulmuşdur. Tam adı”dünyaya işıq saçan azadlıq”olan bu heykəlin hündurluyu 46 metrdir.

Rokfeller mərkəzi

 

Rokfeller mərkəzi XX əsrin əvvəllərində böyük maqnat Rokfeller tərəfindən tikilib.  1987-ci ildə mərkəz rəsmi abidə statusunu alıb. Rokfeller Centre dünyanın ən möhtəşəm arxitektura rəmzi hesab olunaraq görməli yerlər siyahısındadır. Onun ən vacib hissələrindən biri 1932-ci ildə inşa olunan dünyanın ən iri teatrı – Radio City Music Holdur. Mərkəzə 70 mərtəbəli Ceneral Elektrik binası daxildir. Burada həmçinin İncəsənət mərkəzi də yerləşir.

  New-york bu muasir tikililəri ilə hər il milyonlarla turisti  özünə cəlb edir…..