Ev Otellər Nigah kağızı tələb etməyən otellərin SİYAHISI və QİYMƏTLƏRİ

Nigah kağızı tələb etməyən otellərin SİYAHISI və QİYMƏTLƏRİ

Artıq bu otellərdə sizdən nigah kağızı tələb etməyəcəklər

Hazırda ölkəmizdə ümumilikdə 563 otel var. Bu rəqəmlər Mədəniyyət və Turizm Nazirliyi tərəfindən açıqlanıb. Bu otellər arasında 1, 2, 3, 4, 5 ulduzlu həmçinin ulduz təsnifatı olmayanlar da var. Hazırda ölkəmizdə mövcud olan otellər arasında qəribə qadağa var. Belə ki, bəzi otellər yerli vətəndaşlara oteldə qonaqlamaq üçün kəbin kağızı tələb edir. Daha doğrusu bəy ilə xanımın bir nömrədə gecələməsi üçün bu cür qadağa mövcuddur. Halbuki ölkə qanunvericiliyində belə bir qadağa yoxdur. Digər ölkələrdə də bu kimi qadağalar mövcud deyil. Bu kimi halların olduğunu nəzərə alaraq bəy və xanımların oteldə bir nömrədə gecələməsi zamanı kəbin kağızı tələb etməyən otellərin bir qismiin siyahısını hazırlayıb. Məlumat üçün bildirək ki, siyahıda adları olan otellər qonaqlamaq üçün müştərilərindən yalnız şəxsiyyət vəsiqəsini tələb edir. Bu da qeydiyyat üçün tələb olunur. Məlumat üçün bildirək ki, siyahıda ölkənin tanınmış otel brendlərinin də adı yer alıb.

Otelin adı Qiymətlər – 2 nəfərlik standart  nömrələr Qiymətə daxil xidmətlər
Central Park hotel 4* 140 manat Səhər yeməyi
Astoria hotel 4* 80 manat Səhər yeməyi
Hotel Emerald 4* 90 manat Səhər yeməyi,hovuz, fitnes
Staybridge Suites Baku 4* 139 manat Səhər yeməyi, fitnes zal, lunch otağı,2 ci 3-cü 4 cü günlər furşet verilir.
Alp Hotel İnn 4* 62 manat Səhər yeməyi
Egaist hotel 4* 60 manat ———————-
Holiday İnn Baku 4* 221.60 manat Səhər yeməyi,fitnes zal,spa,hovuz
Gorgud hotel and Spa 3* 80 manat Səhər yeməyi,hovuz,fitnes
Life Holiday Baku 4* 60 manat Səhər yeməyi
Winter Park Hotel Baku 4* 203 manat Səhər yeməyi
Baku Palace hotel 3* 50 manat Səhər yeməyi
JW Marriott Absheron Baku 5* 415 manat Səhər yeməyi, fitness zal, sauna, hovuz
Red Roof hotel 3* 40-50 manat Səhər yeməyi,sauna, fitnes zal, bilyarda, hovuz
Ariva hotel 4* 80 manat Səhər yeməyi
Amber hotel 3* 80 manat Səhər yeməyi
Fairmont Baku Flame Towers 332 manat Səhər yeməyi,hovuz, sauna
Hilton hotel 427.40 manat Səhər yeməyi, fitness zal, hovuz,sauna
Rigs hotel 3* 80 manat; 3-4 saat 50 manat Səhər yeməyi
Du Port hotel 3* 90 manat Səhər yeməyi
Qeyd edək ki, məlumatlar adları qeyd edilən otellərdən alınıb.